YOL ÜSTÜNDƏ AĞAC
İnsan olmayacaqdımsa
Uzaq bir yol üstündə ucalan
Qocaman
bir ağac olaydım kaş,
Yayaydım dörd yanıma
Yaşıl qolumu,
Yoldan ötən yorğun yolçu
Dincələydi kölgəmdə,
Qurudaydı tərini
Və sonra
Gedəydi yolunu.
Azerbaidjan poems and literature
Azery, Azərbaycan şer və ədəbiyat